Bu gün Ümumdünya Uşaqlar Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Uşaqlar Günüdür

12:26 - 20 / 11 / 2015
Bu gün Ümumdünya Uşaqlar Günüdür

Bu gün dünyada Ümumdünya Uşaqlar Günü (Ümumdünya Uşaq Hüquqları Günü ) qeyd olunur.

Bu bayram 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. Bayram Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilən fəaliyyətinin möhkəmləndirilməsinə istiqamətlənib.

BMT tərəfindən 1959-cu ilin 20 noyabrında Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ildə isə Uşaq Hüquqları Konvensiyası qəbul edilib.

BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş Konvensiya demək olar ki, bütün dünyada qəbul edilib.

Bu il Azərbaycanın ratifikasiya etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsindən 26 il keçir.

Qeyd edək ki, Azərbaycan Ombudsman Aparatı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək respublikada “Uşaq hüquqları aylığı” keçirilib.

1news.az

Paylaş:
1574

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər