Son bir ayda “Qaynar xətt”ə 93 zəng daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Son bir ayda “Qaynar xətt”ə 93 zəng daxil olub

14:04 - 20 / 11 / 2015
Son bir ayda “Qaynar xətt”ə 93 zəng daxil olub

Son bir ayda “Azəryolservis” ASC-də fəaliyyət göstərən (012) 599-79-75 nömrəli xüsusi telefon xəttinə  – “Qaynar xətt”ə 93 zəng daxil olub.

“Azəryolservis”-in mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin 1news.az-a verdiyi məlumata görə, gələn zənglərin əksər hissəsi yolların təmiri, piyada zolaqlarının  olmaması, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra bərpa işlərinin aparılmaması, işıqlandırma sistemlərində yaranmış problemlər, bəzi yerlərdə zəruri yol nişanlarının olmaması və intensiv yağışlardan sonra yollarda nəqliyyat vasitələrinin hərəkətində yaranmış problemlərlə bağlı olub.

Daxil olan zənglər operativ şəkildə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin növbətçiləri tərəfindən qeydə alınaraq, cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün aidiyyatı üzrə məlumatlandırma işləri aparılıb. 

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin “Qaynar xətt” xidməti günün bütün saatlarında fasiləsiz olaraq fəaliyyət göstərir.

1news.az

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər