Afaq Gəncəlinin oğlu əməliyyat zamanı vəfat edib
“10Lar” verilişinin aparıcısı Afaq Gəncəliyə ağır itki üz verib.
1news.az xəbər verir ki, tanınmış aparıcının 12 yaşlı oğlu Qədirxan bu gecə vəfat edib.
A.Gəncəlinin oğlu uzun müddətdir Türkiyənin paytaxtı Ankarada müalicə alırdı. Onun elə müalicə aldığı xəstəxanada əməliyyat zamanı dünyasının dəyişdiyi deyilir. Söylənənə görə, müğənninin oğlu xərçəng xəstəliyindən əziyyət çəkirdi.
A.Aslan isə “İnstagram” bloqunda status yazıb. “O insanlar ki, həyatlarındakı qara zolağa şikayət edirlər, onlar cəsarəti çatıb onu ağ zolağa rəngləyə bilməyənlərdir... Heç vaxt ümidinizi itirməyin, hətta əgər o yanıb kül olubsa belə...”
4076