Qeyri-neft yüklərinin həcmi artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qeyri-neft yüklərinin həcmi artıb

09:46 - 22 / 11 / 2015
Qeyri-neft yüklərinin həcmi artıb

Bu il daşınan qeyri-neft yüklərinin həcmi keçən ilə nisbətən artıb.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 184 milyon ton yük daşınıb və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artım müşahidə olunub.

Yüklərin 3%-i dəniz, 7,7%-i dəmir yolu, 61,6%-i avtomobil nəqliyyatı, 27,7%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-neft yüklərinin həcmi 1,8%  artaraq 132,7 milyon tona çatıb.

1news.az

 

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər