Gürcü dizayner Avtandil Tsikvitinidzenin moda nümayişi və Baku Fashion Week –in ilk gününün qonaqları – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Gürcü dizayner Avtandil Tsikvitinidzenin moda nümayişi və Baku Fashion Week –in ilk gününün qonaqları – FOTO

16:56 - 20 / 11 / 2015
Gürcü dizayner Avtandil  Tsikvitinidzenin moda nümayişi və  Baku Fashion Week –in ilk gününün qonaqları – FOTO

Azərbaycanın paytaxtında növbəti moda həftəsinə start verildi.  Baku Fashion Week 22 noyabr tarixinədək davam edəcək.

Öz ölkəsində və onun hüdudlarından kənarda məşhur olan gürcü dizayner Avtandil  Tsikvitinidze (AVTANDIL) Bakı moda həftəsinin açılıçını edərək, yeni, qeyri-adi faktura ilə zəngin olan “Yaz-yay 2016” kolleksiyasını təqdim edib.

Gürcü dizaynerin yeni kolleksiyasının əsasını xaos təşkil edir. Burada qraffiti  cəmiyyətin bəyanatları ilə vəhdətdə verilib. Əsas mövzu olaraq AVTANDIL rəssam Vard Şumaherin tablolarını seçib. Ekstraoridinar kəsim, siluetlərin və printlərin  dekonstruksiyası Berlinde son illərin submədəniyyətindən təsirlənmənin nəticəsidir. Kolleksiya bötüvlükdə universal qadınla bağlı manifestin ifadəsidir. Bu qadın öz üzərində üsyankar 90-ci illər gəncliyinin mirasını daşımağa qorxmur.

Baku Fashion Week – Paris, Milan, Nyu-York və Londondakı dünya  moda həftələrinin şərq koloriti ilə qovuşmasıdır.  Bu Azərbaycanda moda sənayesinin inkişafına böyük  təkan verib.

Bakı moda həftəsi əsas etibarilə, özünü dünya moda aləmində tanıtmağa və azərbaycanlı dizaynerlərin inkişafına yönəlib. Bu moda aləmində yeni, parlaq adların aşkarlanmasına və yerli moda sənayesinin inkişafına hesablanıb.

Bakı Moda Həftəsinin ilk günündən hazırlanan fotoreportajı 1news.az oxucularına təqdim edirik.

1news.az

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər