Xalq artisti Səyavuş Aslanın xatirə gecəsi keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti Səyavuş Aslanın xatirə gecəsi keçiriləcək

19:22 - 20 / 11 / 2015
Xalq artisti Səyavuş Aslanın xatirə gecəsi keçiriləcək

Noyabrın 25-də Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

1news.az xəbər verir ki, teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutacaq.

Tədbirdə Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışacaq, xatirələrini bölüşəcəklər.

Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq.

Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S. Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

Paylaş:
707

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər