Azərbaycan dünya üzrə İKT reytinqində 67-ci sıradadır

Azərbaycan Beynəlxalq Telekommunikasiya Birliyinin informasiya texnologiyalarından istifadə üzrə ümumdünya reytinqində Ermənistanı qabaqlayaraq 67-ci mövqedə qərarlaşıb.
1news.az APA-ya istinadən xəbər verir ki, BMT-nin saytına verilən xəbərə görə, postsovet ölkələri arasında Belarus liderlik edir. Bu ölkə 2010-cu ildən 14 pillə irəliləyərək 36-cı sıraya yüksəlib. Reytinq siyahısına daxil olan digər postsovet ölkələrindən Ermənistan və Gürcüstan 76-cı, Rusiya 45-ci, Qazaxıstan 58-ci, Moldova 66-cı, Qırğızıstan isə 97-ci pillələrdə yer tutub.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində 167 ölkənin yer aldığı siyahıya Cənubi Koreya Respublikası liderlik edir. Ondan sonra müvafiq olaraq Danimarka və İslandiya gəlir.
1223