Bakının mərkəzi küçələri bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi küçələri bağlandı

16:23 - 01 / 12 / 2015
Bakının mərkəzi küçələri bağlandı

Dekabr ayının 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından Oxu.Az-a məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub.

"Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün, dekabr ayının 2-də, eynilə, bir gün müddətinə bağlı qalacaq".

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. 

Yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər