Rəcəb Tayyib Ərdoğan: Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik” | 1news.az | Xəbərlər
Dünya

Rəcəb Tayyib Ərdoğan: Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik”

10:48 - 14 / 11 / 2015
Rəcəb Tayyib Ərdoğan: Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik”

"Parisdəki hadisə terrorizm mövzusunda uzun müddətdir dilə gətirdiyimiz həssaslığı ağır şəkildə ortaya qoymuş oldu.

1news.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransadakı terror hadisələrinə münasibət bildirərkən deyib:

"Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik. Artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi anda olduğumuzu xatırlatmaq istəyirəm".

R.T.Ərdoğan Fransada baş verən hadisədən təəssüfləndiyini və ölənlərin ailəsinə, yaxınlarına başsağlığı verdiyini, yaralılara isə şəfa dilədiyini bildirib.

O, Fransa və Almaniya milli futbol komandalarının oynadığı futbol zamanı baş verən partlayışın hər iki ölkənin xalqının sakitçiliyini və təhlükəsizliyini açıq şəkildə pozmağa yönəldiyini, əsas hədəfin bu olduğunu vurğulayıb: "Terror məsələsində təxminən 30 ildən çoxdur ki, mübarizə aparan ölkənin prezidenti olaraq deyə bilərəm ki, terrorun dini, milləti, irqi, vətəni yoxdur. Terrorizmin və terrorçunun hamısı pisdir".

R.T.Ərdoğan şəxsi "twitter" səhifəsində türk və fransız dilində Parisdəki terror hücumlarını qınadığını bildirib: "Fransada meydana gələn terror hücumlarını şiddətlə qınayır, Fransua Ollanda və fransız xalqına dərin hüznlə başsağlığımı çatdırıram".

1news.az

 

Paylaş:
635

Sizin üçün xəbərlər

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər