Noyabrın 28-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrın 28-nə olan hava proqnozu açıqlanıb

12:56 - 27 / 11 / 2015
Noyabrın 28-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 28-si gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Noyabrın 29-u günün ikinci yarısından noyabrın 30-dək meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

Paylaş:
934

Son xəbərlər

Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilibBu gün, 17:45Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edibBu gün, 17:42Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşübBu gün, 17:36Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:34Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:17Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:51RİNN və AİB Bakı metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcəkBu gün, 16:33Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılırBu gün, 16:25Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”Bu gün, 16:10Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİBBu gün, 16:03Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilibBu gün, 15:50Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşübBu gün, 15:48İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:39Dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35
Bütün xəbərlər