Latviyanın İqtisadiyyat naziri: "airBaltic" Bakıya mütəmadi reysləri bərpa edə bilər

Latviyanın "airBaltic" aviaşirkəti Bakı və Riqa şəhərləri arasında mütəmadi reysləri bərpa edə bilər.
1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozola Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "airBaltic" Bakıya reyslər həyata keçirməyə davam edir, lakin onlar yalnız yay mövsumündə icra olunur: "Bu, turizmlə əlaqədar olaraq uçuşlara məhz yayda tələbatın artması ilə əlaqədardır".
1news.az
544