Qurban Qurbanov: Rəqibin 7 oyunçusunun Bakıya gəlməməsi bizə üstünlük vermir | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: Rəqibin 7 oyunçusunun Bakıya gəlməməsi bizə üstünlük vermir

09:40 - 26 / 11 / 2015
Qurban Qurbanov: Rəqibin 7 oyunçusunun Bakıya gəlməməsi bizə üstünlük vermir

Yaxşı komandaya qarşı oynayacağıq. Hər iki komanda üçün çox önəmli oyundur.

1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, bunu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Tottenhem”lə qarşılaşacaq “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib:

“Düzgün və səhvsiz oynamalıyıq. Bunun üzərində çalışmışıq. Futbolçularımın özlərini yaxşı tərəfdən göstərəcəklərinə inanıram. Üzərlərinə düşən məsuliyyəti dərk edirlər. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Rəqibin 7 oyunçusunun Bakıya gəlməməsi bizə üstünlük vermir. Əksinə, rəqibin heyətində ehtiyat oyunçular olanda daha istəkli komandaya qarşı oynamalı oluruq. Nəzərə almaq lazımdır ki, rəqibin heyətində çox güclü futbolçular var”.

Baş məşqçi komandanın kapitanı Rəşad Sadıqovun oynayıb oynamayacağı ilə bağlı sualı da cavablandırıb:

“Heyətdə ciddi dəyişiklik etməyəcəyik. Rəşad Sadıqovun oynayıb oynamaması isə sabah həkim müayinəsindən sonra məlum olacaq. Ancaq oynamaq ehtimalı böyükdür”.

1news.az

 

Paylaş:
697

Son xəbərlər

İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58
Bütün xəbərlər