“ASAN xidmət”də 7 milyon vətəndaşın müraciəti qeydə alınıb
Sabirabad “ASAN xidmət” mərkəzinə müraciət edən rayon sakini Yusif Gülüşov xidmətdən yararlanan 7 milyonuncu vətəndaş olaraq qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a bildiriblər ki, 6 yaşlı Yusif valideynləri ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
Xatırladaq ki, hazırda 5-i paytaxtda, 4-ü regionlarda olmaqla 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında fəaliyyət göstərir.
1news.az