Dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 5% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 5% artıb

12:21 - 17 / 11 / 2015
Dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 5% artıb

Azərbaycanda dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 6 384,8 mln. manat təşkil edib. Sentyabrın 1-i ilə müqayisədə bu göstərici 877 mln. manat və ya 12,1% azalıb, ilin əvvəlindən isə 241 mln. manat və ya 3,9% artıb.

1news.az -ın AMB-yə istinadən verdiyi xəbərə görə, keçən ilin analoji dövrü ilə müqayisədə isə 323,1 mln. manat və ya 5,3% artım qeydə alınıb.

Özəl bankların kreditləşməsi oktyabrın 1-nə 12 142,7 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-i ilə müqayisədə 105,2 mln. manat və ya 0,9% azdır. Yanvarın 1-nə olan göstərici ilə müqayisədə 269,1 mln. manat və ya 2,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 074,9 mln. manat və ya 9,7% artım qeydə alınıb.

Qeyd edək ki, AMB-nin rəsmi açıqlamasına görə, iqtisadiyyata kredit qoyuluşlarında dövlət banklarının payının azalması Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə bağlıdır.

1news.az

 

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər