Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

15:15 - 16 / 11 / 2015
Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Cari ilin oktyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,6 faiz bahalaşıb, emal sənayesi üzrə 0,8 faiz ucuzlaşıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə  Dövlət Statistika Komitəsinin keçən ayın statistik göstəriciləri ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.

Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşıb. 

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,6 faiz bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri içki istehsalı üzrə 3,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,2 faiz bahalaşıb, kimya sənayesi üzrə 6,9 faiz, tikinti materiallarının istehsalı üzrə 2,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

1news.az

 

Paylaş:
995

Son xəbərlər

Bütün xəbərlər