Dünya ulduzları bir arada – FOTO
Şənbə günü Mançesterin “Old Trafford” stadionunda ulduz futbolçuların iştirakı ilə xeyriyyə oyunu keçirilib.
Sportbox.az-ın məlumatına görə, məşhur keçmiş futbolçu Devid Bekhem və UNİCEF tərəfindən təşkil olunan görüşdə Aleks Ferqyusonun rəhəbərlik etdiyi İngiltərə və İrlandiya yığması ilə Karlo Ançelottinin Dünya yığması qarşılaşıb.
Zinəddin Zidan və Patrik Vieyra Parisdə baş verən terror aktları səbəbindən İngiltərəyə gəlməyiblər.
Qarşılaşmanın ilk hissəsini Pyerluici Kollina, ikinci hissəsini isə Entoni Teylor idarə edib.
Matçın 75-ci dəqiqəsində Bekhemi böyük oğlu, 16 yaşlı Bruklin əvəzləyib.
Görüş 3:1 hesabı ilə Aleks Ferqyusonun komandasının xeyrinə başa çatıb. Birincilərdən qolları Pol Skoulz və Ouen (dubl edib) vurub, Dünya yığmasının yeganə qoluna isə Duayt York imza atıb.
Aleks Ferqyusonun komandası:
Start heyət: Ceyms, F.Nevill, Karrager, Terri, Kempbell, Bekhem, Batt, Fletçer, Giqqz, Skoulz, Krauç
Ehtiyat oyunçular: Simen, E.Koul, Sinkleyr, Ouen, A.Smit, Makallister.
Karlo Ançelottinin komandası:
Start heyət: Van der Sar, Kafu, Silvestr, Koutu, Fiqu, Pires, Klüyvert, Sulşer, Zeedorf, Çji-Sun, Ronaldinyo.
Ehtiyat oyunçular: Yerro, York, van der Qau, Donovan.
Qeyd edək ki, xeyriyyə görüşündən əldə edilən gəlir dünyada uşaqlara yardım edən fondun hesabına köçürüləcək.
Sportbox.az