Fransa qırıcıları İŞİD-in mövqelərini bombalayıb
Fransaya məxsus qırıcı təyyarələr İŞİD-in Rakkadakı mövqelərini bombalayıb.
1news.az Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Fransa Müdafiə Nazirliyinə aid 10 qırıcı təyyarə İŞİD-in qalası sayılan Rakkadakı hədəflərə 20-yə yaxın hava zərbəsi endirib.
Xatırladaq ki, noyabrın 13-də Parisdə eyni zamanda törədilən bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub. İŞİD terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.
1news.az
703