Azərbaycanın Turizm Assosiasiyası azərbaycanlıları Fransaya səfərlərdən imtina etməyə çağırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Turizm Assosiasiyası azərbaycanlıları Fransaya səfərlərdən imtina etməyə çağırır

19:19 - 16 / 11 / 2015
Azərbaycanın Turizm Assosiasiyası azərbaycanlıları Fransaya səfərlərdən imtina etməyə çağırır

Azərbaycanın Turizm Assosiasiyası (AzTa) Parisə turist səfərlərindən müvəqqəti olaraq imtina etməyi məqsədəuyğun hesab edir.

Bu barədə 1news.az -a AzTa-nın rəhbəri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, Parisdə iki gün öncə məlum hadisələr baş verib. Ona görə də hələlik turların kütləvi ləğvi barədə məlumat yoxdur, çox güman ki, turistlər bu şəhərə səfərlərini ləğv ediblər. 

“Azərbaycan Turizm Assosiasiyası hesab edir ki, Parisə olan turları müvəqqəti olaraq ləğv etmək məqsədəuyğun olardı, belə ki, əldə olan məlumata görə, şəhərdən çıxan parislilər də şəhərə qayıtmağa çəkinirlər”, - Bağırov bildirib. 

Assosiasiyanın rəhbəri sözlərinə əlavə edib ki, Avropa şəhərləri, o cümlədən də Paris azərbaycanlı turistlər arasında çox populyardır, amma bu istiqamətdə turizm səfərlərinin azalması barədə danışmaq hələ tezdir. 

Axının həcmi milli aviadaşıyıcının (AZAL) qərarından asılıdır. Hələlik Parisə uçuşlar ləğv edilməyib, “Turkish Airlines” isə artıq bu qərarı qəbul edib. 

Qeyd edək ki, İŞİD terror qruplaşması Parisdən sonra Londona, Berlin və Romaya hücumların anonsunu verib. 

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər