Pamela Anderson Playboy-un son buraxılışında yenə də çılpaq şəkillərlə - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Pamela Anderson Playboy-un son buraxılışında yenə də çılpaq şəkillərlə - FOTO

10:39 - 04 / 12 / 2015
Pamela Anderson Playboy-un son buraxılışında yenə də çılpaq şəkillərlə - FOTO

Bir neçə ay əvvəl kişilər üçün məşhur jurnal olan Playboy-un yenidən dizayn olunacağı barədə məlumatlar yayılmışdı. Yeni formata görə jurnalda çılpaq qadınlar nəşr olunmayacaq.  

Lakin yeni formata keçmədən öncə jurnal köhnə ənənələrinə sadiq qalaraq üz qabığında son olaraq Pamela Andersonun çılpaq şəkillərini nəşr edəcək.

Ellen fon Unvertin müəllifliyi ilə Playboy-un yeni açıq-saçıq fotossesiyasına çəkilərkən 48 yaşlı model və aktrisa eyni zamanda sağlamlığına qovuşmağını da qeyd edib (xatırladaq ki, Pamela 13 ildir ki, Hepatit C ilə mübarizə aparır).

Xatırladaq ki, aylıq jurnal olan Playboy yeni dizaynda daha müasir formatda, eyni zamanda PG-13 reytinqinə uyğun olaraq nəşr olunacaq. PG-13 reytinqinə görə, jurnal 13 yaşdan aşağı uşaqlar üçün qadağandır.  

“Biz, jurnalda açıq-saçıq şəkillərin nəşri üçün mübarizə apardıq və qalib gəldik. Artıq indi istənilən seksual xarakterli şəkili pulsuz olaraq sadəcə bir kliklə tapmaq olar”, - Playboy-un icraçı direktoru Skott Flanders bildirib.

Həqiqətən də jurnalı yalnız açıq-saçıqlığa görə almağın heç bir əhəmiyyəti yoxdur, belə ki, son dövrlər sosial şəbəkələr belə şəkillərlə doludur.  

Pamela Anderson fotossesiyaya razılaşarkən bir qədər tərəddüd içində idi, çünki oğlullarının reaksiyasından təlaşlanırdı:

“Mənim açıq-saçıq şəkillərimə görə onları çox məzhərəyə qoyaraq gülüblər. Onlar hətta buna görə dava da edib, mənim namusumu qoruyublar. Amma böyük oğlumdan (19 yaşlı Brendon) soruşanda ki, jurnalın üz qabığına açıq-saçıq çəkilsəm etiraz etməzsən ki? O isə əksinə, məni dəstəklədi.  


Sonra isə kiçik oğlum Dilanla (17 yaşlı) məsləhətləşdim. O da fotossesiya etməyimə razılıq verdi və  buna görə xoşbəxt olduğunu bildirdi. Açıqçası mən də çox xoşbəxtəm!”

Spletnik.ru 

Paylaş:
3304

Son xəbərlər

Bütün xəbərlər