Səyyar ASAN xidmət Samux və Şirvanda vətəndaşlara xidmət göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Səyyar ASAN xidmət Samux və Şirvanda vətəndaşlara xidmət göstərir

14:32 - 07 / 12 / 2015
Səyyar ASAN xidmət Samux və Şirvanda vətəndaşlara xidmət göstərir

“ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) 1news.az-a verilən məlumata görə, Səyyar ASAN xidmət 6 - 25 dekabr tarixlərində Samux rayonunda Samux sakinlərinə, 6 - 21 dekabr tarixlərində isə Şirvan şəhərində Şirvan və Salyan sakinlərinə səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

      Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti;
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Əmək pensiyalarının təyin edilməsi;
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  • Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər