Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişdi
Azərbaycan Ordusunun əsgəri aldığı güllə yarasından dünyasını dəyişib.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.
Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
1news.az
692