No comment. Əhməd Davudoğlu: “Dünya dağılsa da, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri sarsılmazdır” – VİDEO

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri əbədidir, hətta ətrafda hər şey dağılsa belə.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyevlə cümə axşamı Bakıda danışıqların yekunu olaraq keçirilən mətbuat konfransında bəyan edib.
“Hər kəs bilsin: Qiyamət gününə qədər hər şey dağılıb məhv olsa da, yalnız Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri sarsılmaz olaraq qalacaq”, - Əhməd Davudoğlu deyib.
Qeyd edək ki, Türkiyəli baş nazir çıxışının videofraqmentini öz Facebook səhifəsində paylaşıb.
1news.az
521