Bakı sakini Milli parkda intihar etmək istədi
Özünü dənizə atan Bakı sakini xilas edilib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Ömər Hüseynov Səbail rayonu ərazisindəki Milli parkda intihar məqsədi ilə özünü dənizə atıb.
O, polis və FHN-nin əməkdaşları tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
1news.az
610