Jurnalist adından sui-istifadə edilməsi ilə bağlı cəzalar ağırlaşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Jurnalist adından sui-istifadə edilməsi ilə bağlı cəzalar ağırlaşdırılır

16:15 - 08 / 12 / 2015
Jurnalist adından sui-istifadə edilməsi ilə bağlı cəzalar ağırlaşdırılır

Azərbaycanda jurnalist adından sui-istifadə edilməsi halları ilə bağlı cəzalar ağırlaşdırılır.

1news.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

 
Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq.

Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir.

1news.az

Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər