Azərbaycanın 2016-cı il dövlət büdcəsi təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın 2016-cı il dövlət büdcəsi təsdiqlənib

21:36 - 07 / 12 / 2015
Azərbaycanın 2016-cı il dövlət büdcəsi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiqləyib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib.

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər