Nardaran “Ağsaqqallar şurasının” rəhbəri Baş Prokurorluğa çağırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaran “Ağsaqqallar şurasının” rəhbəri Baş Prokurorluğa çağırılıb

14:15 - 09 / 12 / 2015
Nardaran “Ağsaqqallar şurasının” rəhbəri Baş Prokurorluğa çağırılıb

Nardaran “Ağsaqqallar şurasının” rəhbəri Natiq Kərimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ifadəsi alınıb.

1news.az-ın verdiyi xəbərə görə, N.Kərimov Nardaranda baş vermiş hadisə ilə bağlı saxlanılıb.

Hazırda Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq əməkdaşları Nardaranda xüsusi əməliyyat həyata keçirirlər.

Xüsusi əməliyyat Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilir, eyni zamanda əməliyyatın vəziyyəti ilə bağlı dövlət başçısınadaim məruzələr verilir.

Xatırladaq ki, bundan əvvəl Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı polisin 2 əməkdaşı həlak olub, ekstremist dəstənin 14 üzvü həbs olunub.

Nardaranda cinayət dəstənin üzvləri ilə atışma zamanı həlak olan polis əməkdaşları noyabrın 27-də dəfn olunublar. Prezident İlham Əliyev həlak olan polis serjantları –Vüqar Eyyub oğlu Nəsibovu və İsmayıl Rəsul oğlu Tağıyevi “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib (ölümündən sonra).

Qafqaz Müsəlmanları İdarəsi Nardaran qəsəbə sakinlərininAzərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş bu fəaliyyətini qınayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaranda polisə silah tətbiq etməyi terror aktına cəhd kimi qiymətləndirib.

1news.az

Paylaş:
609

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər