Güclü yağışa görə paytaxtın əsas prospektlərində nəqliyyatın hərəkətində tıxac var | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü yağışa görə paytaxtın əsas prospektlərində nəqliyyatın hərəkətində tıxac var

09:24 - 09 / 12 / 2015
Güclü yağışa görə paytaxtın əsas prospektlərində nəqliyyatın hərəkətində tıxac var

Bu gün səhər saatlarında Bakının yollarında nəqliyyat vasitələrinin böyük sıxlığı müşahidə edilir.

1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilir.

Hazırda əsas sıxlıq Ziya Bünyadov prospekti (hər iki istiqamət), Nobel prospekti (şəhər istiqaməti), Heydər Əliyev prospekti (kənar yol/ alternativ olaraq əsas yol ), habelə Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesi (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı mövcuddur.

Bundan başqa, nisbi sıxlıq isə Bakının Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi (şəhər istiqamətində), Rəşid Behbudov küçəsi, Tbilisi prospekti (şəhərə doğru/ alternativ yol - Həsən Zərdabi küç.), o cümlədən Üzeyir Hacıbəyov küçəsində (alternativ yol - 28 May küç) izlənilir.

Ehtimal edilir ki, yollarda sıxlıq yağan yağış nəticəsində yaranıb.

Paylaş:
570

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər