ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib | 1news.az | Xəbərlər
Dünya

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

09:48 - 09 / 12 / 2015
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ siyahıya 2 təşkilat və 6 fiziki şəxsi əlavə edərək Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. 

1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sanksiya siyahısına həmçinin 2014-cü ildə ballistik raketlərdən buraxılış həyata keçirdiyinə görə KXDR ordusunun Strateji raket qüvvələri daxil edilib. Sanksiyalar siyahısında 3 gəmiqayırma zavodu da var.

Sanksiya siyahısına əlavə edilmiş fiziki şəxslər arasında Şimali Koreyanın Xarici Ticarət Bankının Xabarovskdakı nümayəndəsi Kim Ken Nam və “Tanchon Commercial Bank”ın 5 əməkdaşı da var.

ABŞ iddia edir ki, qeyd olunan şirkətlər və fiziki şəxslər Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçmək və dünya maliyyə sisteminə girməyə yardım edirmişlər.

1news.az

Paylaş:
905

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər