İmkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

İmkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi

11:22 - 09 / 12 / 2015
İmkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi

Bakıda kimsəsiz və imkansız uşaqlar üçün sığınacaq açılıb.

1news.az-ın BAKU.WS-a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs Zirvə Ziyalılar Təşkilatı (ZZT) tərəfindən edilib.

Təşkilatın rəsmisi Fatimə Babayevanın sözlərinə görə, artıq sığınacaqda tamamlama işləri görülür və yaxın günlərdə kimsəsiz və imkansız uşaqlar üçün hər cür şəraitlə təmin edilən məkan tam hazır olacaq.

“Mənzili bizə adının açıqlanmasını istəməyən imkanlı bir şəxs təqdim edib. Burada biz kimsəsiz və imkansız uşaqların pulsuz təhsil alması və zəruri ehtiyaclarının qarşılanması üçün çalışacağıq.

İnsanlardan bu cür uşaqların sığınacağımıza yönləndirilməsini xahiş edirik. Küçədə kimsəsiz uşaq görsəniz maraqlanın və bizə bildirin. Uşaqlar bu soyuqda küçələrdə qalmasın, xüsusilə də qız uşaqları”- deyə, Babayeva deyib.

Fatimə Babayeva həmçinin qeyd edib ki, sığınacağa könüllü müəllimlər də axtarılır.

Uşaqlara pulsuz təhsil vermək istəyənlər sığınacaqla əlaqə saxlaya bilərlər.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər