Dekabrın 12-nə olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 12-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə zəif dumanlı, gün ərzində əsasən yağmursuz keçəcəyi, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza görə, dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar ücün əsasən əlverişlidir.
1news.az