“Türkvizion”da Belarusu yenə də azərbaycanlı ifaçı təmsil edəcək –FOTO –VİDEO
17-19 dekabr tarixlərində İstanbulda keçiriləcək “Türkvizion” yarışmasında Belarus azərbaycanlı ifaçı tərəfindən təmsil olunacaq. Yarışmada ifaçı Azərbaycan dilində “Azadlıq” mahnısını ifa edəcək.
Aleksandra Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. Gənc ifaçı dəfələrlə müxtəlif musiqi festivallarında uğurla çıxış edib və yüksək yerləri qazanıb. Lakin özünün də etiraf etdiyi kimi “Türkvizion” onun üçün ən ciddi musiqi yarışmalarından biridir.
Qeyd edək ki, “Azadlıq” mahnısının musiqisi Zərnişan Nağıyevaya, sözləri isə Germana məxsusdur. Musiqi MSV Sound Studio kampaniyası tərəfindən hazırlanıb. Sosial şəbəkələrdə mahnı hələ ki, ingilis dilində təqdim olunub.
1news.az
998