Zığ və Zabrat sakinləri dəm qazından öldülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ və Zabrat sakinləri dəm qazından öldülər

14:20 - 11 / 12 / 2015
Zığ və Zabrat sakinləri dəm qazından öldülər

İki nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölüb.

Sabunçu rayonunun Zabrat qəsəbəsində də dəm qazından ölüm faktı qeydə alınıb. Belə ki, qəsəbə sakini Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölüb, arvadı Firuzə isə xəstəxanaya yerləşdirilib.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər