Ərdoğan 5-ci dəfə baba oldu | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan 5-ci dəfə baba oldu

14:42 - 11 / 12 / 2015
Ərdoğan 5-ci dəfə baba oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci dəfə baba olub.

1news.az-ın Türkiyənin “Hurriyyet” nəşrinə istinadən verdiyi xəbərə görə, Ərdoğan ailəsinin oğlan uşaqları gecə saatlarında İstanbulda dünyaya gəlib.

Qeyd edək ki, bu, Berat və Esra Albayraq cütünün 3-cü uşaqlarıdır. Onların Ahmet Akif (10 yaş) və Mahinur (6) adlı daha iki uşağı var.

Ərdoğanın digər iki nəvəsi – Ömər Tayyip (9) və Ali Tahir (2) isə Bilal və Reyyan Ərdoğan cütündəndir.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər