"Qızıl Qlobus-2016" mükafatının qalibləri məlum oldu
ABŞ-ın kinematoqrafiya və televiziya sahəsində ən nüfuzlu mükafatı olan "Qızıl Qlobus-2016" (Golden Globe Award) təqdimat mərasiminə hazırlıq işləri tamamlanıb.
1news.az xəbər verir ki, təqdimetmə mərasimi 2016-cı il yanvarın 10-da Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək.
"Qızıl Qlobus-2016"nın budəfəki qaliblərini Hollivudun Əcnəbi Jurnalistlər Assosiasiyası seçəcək.
Təqdimatda 48 ölkədən 72 film iştirak edəcək. "Əcnəbi dildə ən yaxşı film" nominasiyasında Rusiya kinematoqrafçılarının ekranlaşdırdığı "Qağayı" filmi nümayiş etdiriləcək.
Xatırladaq ki, 73-cü dəfə təqdim olunacaq "Qızıl Qlobus" mükafatı ilk dəfə 1943-cü ildə təsis edilib. 25 nominasiyadan ibarət olan "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimini dünyanın 160 ölkəsindən 19,3 milyon insanın izləyəcəyi gözlənilir.