Dövlət Komitəsi: Nuhbala Rəhimovun din xadimi kimi rəsmi təyinatı yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi: Nuhbala Rəhimovun din xadimi kimi rəsmi təyinatı yoxdur

16:33 - 11 / 12 / 2015
Dövlət Komitəsi: Nuhbala Rəhimovun din xadimi kimi rəsmi təyinatı yoxdur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardarandakı Rəhimə Xanım ziyarətgah-məscidinin həbs olunan axundu Nuhbala Rəhimov və bağlanan “Hüseyniyyə” məscidi ilə bağlı açıqlama yayıb.

1news.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil.

Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.

“Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”- deyə, Komitədən bildiriblər.

1news.az

Paylaş:
849

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər