Bəhram Bağırzadə gürcü kinematoqrafçılarının filmində çəkildi
Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə bu yaxınlarda gürcü kinematoqrafçılarının çəkdiyi “Robinzon və 9 Cümə” tammetrajlı filmində çəkilişləri tamamladı.
1news.az xəbər verir ki, bu layihə BGSS -Britaniya-Gürcüstan Ticarət Palatası, Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi və K-production şirkətinin birgə dəstəyi ilə gerçəkləşib.
Gürcü tərəfdən filmdə Vaxtanq Kikabidze, Nani Breqvadze, Kaxi Kavsadze, Paata Quliaşvili və b., Azərbaycan tərəfindən isə Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze çəkilib.
Müxtəlif beynəlxalq film layihələrində aktyor kimi iştirak edən Bəhram Bağırzadəyə gürcü filmindəki çəkilişlərinin ardıyca türk seriallarından birində mafiya başçısı rolunu ifa etməklə bağlı təklif gəlib.
Çəkilişlər dekabr ayının sonunda İzmirdə, Egey dənizinin sahilində keçiriləcək.