Mədət Quliyev: "MTN-də 250 nəfər yol verdiyi nöqsanlara görə işdən çıxarılıb" | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədət Quliyev: "MTN-də 250 nəfər yol verdiyi nöqsanlara görə işdən çıxarılıb"

12:12 - 11 / 12 / 2015
Mədət Quliyev: "MTN-də 250 nəfər yol verdiyi nöqsanlara görə işdən çıxarılıb"

“Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.

Bunu milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirərkən qeyd edib.

M.Quliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır:

“Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.

M.Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb:

“Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.

1news.az

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər