Avropa İttifaqı “İraq Hava Yolları”nı öz qara siyahısına daxil edib
Avropa İttifaqı (Aİ) “İraq Hava Yolları” aviaşirkətinin uçuş təhlükəsizliyi şərtlərini yerinə yetirmədiyini əsas götürərək öz “qara siyahısına” daxil edib.
Bu barədə Aİ-nin rəsmi saytında məlumat verilir. Aİ-nin Mülki Aviasiya üzrə Uçuş Təhlükəsizliyi siyahısında edilən son yeniləməyə görə, Avropa İttifaqı ölkələrində tətbiq olunan uçuş təhlükəsizliyi şərtlərini yerinə yetirmədiyi üçün “İraq Hava Yolları” Aİ daxilində uçuşu qadağan olunan ölkələr siyahısına daxil edilib.
İraqın keçmiş nəqliyyat nazirinin müavini Bankin Rikani “İraq Hava Yolları” aviaşirkətinin Aİ-də uçuşu qadağan olunanlar siyahısına daxil edilməsini ölkəyə böyük maddi ziyan vuracağını deyib. Bildirib ki, Aİ-nin bu qərarı həm İraqın iqtisadiyyatına mənfi təsir edəcək, həm də 70 illik “İraq Hava Yolları” şirkətinin imicini zəiflədəcək.