Tərtərdə inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür | 1news.az | Xəbərlər
İdman

Tərtərdə inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür

14:35 - 12 / 12 / 2015
Tərtərdə inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür

Tərtər şəhərində inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür.

Müasir memarlıq üslubunda tikilən binanın ümumi sahəsi 1400 kvadratmetrdir. Şahmat məktəbinin birinci və ikinci mərtəbələri sinif otaqlarından, mansard hissəsi isə konfrans və yarışların keçirilməsi üçün zaldan ibarətdir.

Artıq binanın tikintisi başa çatıb. Binada daxili suvaq işləri görülüb, fasad hissəyə üzlük vurulub, istilik, elektrik və rabitə sistemləri çəkilib. Hazırda rəngsaz işləri görülür.

Şahmat məktəbində inşaat işlərinin bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Paylaş:
902

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər