Qarsda və İğdırda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarsda və İğdırda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

05:00 - 12 / 12 / 2015
Qarsda və İğdırda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı Qars və İğdır şəhərlərində anım mərasimləri təşkil edib.

Qarsdakı mərasimdə bu vilayətin valisi Günay Özdemir, şəhər bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars vilayətinin polis rəisi Faruk Karaduman, vilayətin jandarma alay komandanı Murat Kınay, şəhərin digər rəsmi qurumlarının rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin rəhbərliyi, professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türkiyəli tələbələr, KİV-lərin və yerli ictimaiyyət tanınmış nümayəndələri iştirak ediblər.

Mərasim şəhərin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanıb.

Rəsmi hissə Qars şəhərindəki “Anatolia” mərasimlər mərkəzində keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Baş konsul Ayxan Süleymanlı ulu öndər Heydər Əliyevin təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin Azərbaycana bəxş etdiyi böyük nailiyyətlərdən, ölkəmiz və xalqımızın parlaq gələcəyi naminə gördüyü işlərdən danışıb. O, Ümummilli Liderin “Bir millət, iki dövlət” kəlamının Türkiyə ilə Azərbaycan arasında əbədi qardaşlıq körpüsü olduğunu deyib.

Heydər Əliyevin 2002-ci ildə Qars şəhərinə tarixi səfəri çərçivəsində Qars Qafqaz Universitetinə ziyarətini və həmin universitetin fəxri doktoru seçilməsini xatırladan A.Süleymanlı Qarsda fəaliyyət göstərən texniki təmayüllü liseyin və şəhərdə yerləşən böyük prospektlərdən birinin Ulu Öndərimizin adını daşımasını türk xalqının Heydər Əliyevə tükənməz məhəbbətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin həmişəyaşar adının Azərbaycan və Türkiyədə ehtiramla yad olunduğunu bildirən baş konsul əminliklə qeyd edib ki, xalqlarımız uzun illər Ulu Öndərimizin uzaqgörən siyasətinin nəticələrindən bəhrələnəcək, əziz xatirəsini həmişə ehtiramla yad edəcək.

Qars Qafqaz Universitetinin professoru, həmyerlimiz Rafiq İmrani və başqaları Ulu Öndərin uzaqgörən siyasi fəaliyyətinin nəticələrindən, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, eləcə də ölkələrimizin sərhəd bölgələrindəki sosial-iqtisadi dirçəlişi təmin edən siyasətin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

x x x

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Qarsdakı baş konsulluğun İğdır bölməsi tərəfindən də anım mərasimi təşkil olunub.

Tədbirdə İğdır vilayətinin valisi Davut Haner, müavinləri Muhlis Arslan, Mevlüd Özmen, Bilgehan Karanfil, İğdırıb baş prokuroru Hacı Mustafa Yılmaz, vilayətin Polis İdarəsinin rəisi Yüksel Babal, Aralıq və Qaraqoyunlu rayonlarının bələdiyyə sədrləri, İğdır Ticarət və Sənaye Palatasının sədri və palatanın üzvləri, İğdırdakı digər dərnəklərin təmsilçiləri, burada yerləşən Heydər Əliyev adına Liseyin müəllim və şagirdləri, iş adamları, İğdır ictimaiyyətinin tanınmış nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları İğdır şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə əklil və qərənfillər qoyublar. Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri Serdar Ünsal türk dünyasının böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən danışıb.

Baş konsulluğun İğdır üzrə nümayəndəsi, vitse-konsul Fariz Cəfərov İğdırda fəaliyyət göstərən Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqaları ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, onun təşəbbüsü ilə Azərbaycanın və Türkiyənin iqtisadi inkişafı üçün həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar.

Türkiyə mətbuatı hər iki mərasim barədə geniş məlumatlar yayıb.

AZƏRTAC

Paylaş:
1046

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər