Heydər məscidində Ulu Öndərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər məscidində Ulu Öndərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib - FOTO

18:16 - 12 / 12 / 2015
Heydər məscidində Ulu Öndərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib - FOTO

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Heydər məscidində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər məscidində ilk dəfə olaraq keçirilən mərasimdə Qurani-Kərimdən ayələr oxunub, namaz qılınıb, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tərəfindən moizə edilib.

Moizə zamanı şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxuyub, Allahdan şəhidlərimizin ruhlarının şad olmasını diləyib. O, həmçinin “Günəşli” yatağının platformasında qəza nəticəsində həyatını itirmiş insanlara da Ulu Tanrıdan rəhmət diləyib.

Allahşükür Paşazadə Heydər Əliyevi ali mənəviyyat sahibi kimi dəyərləndirib. Bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Onun dövlətçilik, rəhbərlik qabiliyyəti dünya miqyasında hamıya məlumdur. Bu görkəmli şəxsiyyət həm də böyük mənəviyyat sahibi idi. Bu mənəviyyat onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub.

Şeyxülislam A.Paşazadə Heydər Əliyevin qəlbən hər zaman imanlı insan olduğunu vurğulayaraq deyib: “Mən onun necə imanlı olduğunun şəxsən şahidiyəm. Ulu Öndərin Allah sevgisi, dinimizə müqəddəs yanaşması təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin o, bu sevgini həyatın bütün çətin dövrlərində hifz edərək daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu”.

Daha sonra şeyxülislam ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib ki, Heydər Əliyevlə ilk dəfə 1980-ci illərin ortalarında görüşüb: “O vaxt bizim görüşümüz haqda “Kommunist” qəzetində yazı da verilmişdi. O dövr üçün bu, imkansız olsa da, Heydər Əliyev məni qəbul etdi. Biz Heydər Əliyevlə Məkkədə olarkən o, mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub. Azərbaycan 1990-cı illərin əvvəllərində dağılmaq üzrə idi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bünövrəsini qoydu. Onun yaratdığı dövlət bu gün dünyada tanınır”.

QMİ-nin sədri Azərbaycanda tolerantlığın dövlət siyasəti olaraq əsasının Ümummilli Lider tərəfindən qoyulduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb, ölkəmizin mədəniyyətlərarası, dinlərarası dialoq, multikulturalizm sahəsində öncül rol oynamasının Heydər Əliyev irsindən qaynaqlandığını vurğulayıb.

Sonra Heydər məscidində Ulu Öndərin xatirəsinə ilk dəfə olaraq ehsan mərasimi təşkil edilib, ruhuna dualar oxunub.

Mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib.

Qeyd edək ki, Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar Heydər məscidindən Nizami rayonundakı 1 nömrəli, Suraxanıdakı 2 nömrəli, Xəzər rayonundakı 3 nömrəli uşaq evlərinə, Nəsimi rayonundakı eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasına ehsan göndərilib.

Paylaş:
1125

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər