Şeyxülislam: “Taleh Bağırzadə kimi adamlar Azərbaycan dövlətini yıxmaq istəyirlər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Şeyxülislam: “Taleh Bağırzadə kimi adamlar Azərbaycan dövlətini yıxmaq istəyirlər”

18:30 - 12 / 12 / 2015
Şeyxülislam: “Taleh Bağırzadə kimi adamlar Azərbaycan dövlətini yıxmaq istəyirlər”

“Taleh Bağırzadə kimi adamlar yığışıb Azərbaycan dövlətini yıxmaq istəyirlər. Axı onlar bu dövlət, bu xalq üçün nə ediblər ki, belə bir iddiaya düşüblər?! Çox təəssüf ki, onlar islamdan istifadə edirlər”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

O bildirib ki, ətrafda olan bəzi dövlətlər Azərbaycanın firavanlığını həzm edə bilmir: “Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma salmaq istəyirlər. İslam qardaşlıq dinidir. Mən çoxlu dövlətlərdə olmuşam. Biz şükür etməliyik ki, ölkəmizdə firavanlıq hökm sürür, bu firavanlığı qoruyub saxlamalıyıq. Bəzi qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişiklik edilirsə, deməli belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır”.
 
QMİ sədri Azərbaycan prezidenti İlham Əliyevin Nardaran qəsəbəsinin inkişafına 12 milyon manat pul ayırmasına da münasibət bildirib: “Bəziləri deyir ki, guya Nardaranı istəmirlər. Amma cənab prezident Nardaranın inkişafı üçün 12 milyon manat pul ayırıb. Xüsusən biz dindarlar bu münasibətə qiymət verməliyik”.

APA

Paylaş:
937

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər