Azərbaycan və Gürcüstan arasında yaranmış strateji tərəfdaşlıq Heydər Əliyevin xidmətidir
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü qeyd olunub.
Bolnisi Mədəniyyət Mərkəzində təşkil olunmuş mərasimdə çıxış edən “Ümid” qəzetinin redaktoru Əlixan Məmmədov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskar rolundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın təməli Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dostluq münasibətləri daha da möhkəmlənir və inkişaf edir.
Mərasimdə çıxış edənlər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini xatırladıb, onun xatirəsinin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən daim əziz tutulduğunu vurğulayıblar.
AZƏRTAC