Futbol üzrə Avropa çempionatının püşkü atılıb
2016-cı ilin yayında Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
1news.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, çempionatın final turnirində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.
Püşkatma nəticəsində komandalar altı qrup üzrə belə bölünüblər:
A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə
B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya
C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya
D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya
E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç
F qrupu: Portuqaliya, Avstriya, İslandiya, Macarıstan.
Çempionat Fransa-Rumıniya matçı ilə açılacaq. Görüş iyunun 10-da Sen-Denidəki Stade de France stadionunda oynanılacaq.
Qrup mərhələsinin oyunları iyunun 10-22-də, 1/8 finallar iyunun 25-27-də, 1/4 finallar iyunun 30-da və iyulun 1-3-də, yarımfinallar iyulun 6-7-də, final oyunu isə iyulun 10-da keçiriləcək.
Avro-2016-nın final mərhələsində iştirak edən 24 yığma komandanın hər biri 8 milyon avro alacaq. Prizlərin ümumi məbləği 301 milyon avrodur. Çempion üçün 27 milyon avro nəzərdə tutulur. UEFA isə turnirin keçirilməsindən 1,95 milyard gəlir götürməyi hədəfləyir.