Nəqliyyat sektoru üzrə yükdaşıma qiymətləri açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nəqliyyat sektoru üzrə yükdaşıma qiymətləri açıqlanıb

15:46 - 14 / 12 / 2015
Nəqliyyat sektoru üzrə yükdaşıma qiymətləri açıqlanıb

2015-ci ilin noyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 0,2 faiz ucuzlaşıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, qazın nəql olunması qiyməti isə 0,1 faiz bahalaşıb.

Dəmir yolu və dəniz nəqliyyatı üzrə yükdaşıma qiymətləri müvafiq olaraq 0,1 faiz və 1,4 faiz bahalaşıb, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.

Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

1news.az

Paylaş:
590

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər