Rektor təyin edilmiş Əziz Əliyev kollektivə təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Rektor təyin edilmiş Əziz Əliyev kollektivə təqdim olunub

16:10 - 14 / 12 / 2015
Rektor təyin edilmiş Əziz Əliyev kollektivə təqdim olunub

Azərbaycan prezidentinin sərəncamı ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsinə təyin edilmiş Əziz Əliyev təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

1news.az-ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov, təhsil müəssisəsinin pedaqoji kollektivi və tələbələr iştirak edib.

Təhsil naziri Əziz Əliyevin İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunması ilə bağlı Azərbaycan prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzu edib.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov Əziz Əliyevin bu ali məktəbin Bakı filialının rektoru təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

Qeyd edək ki, Əziz Cəmil oğlu Əliyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika işi fakültəsinə daxil olub və 1992-1999-cu illərdə təhsilini ABŞ-ın Nyu-York Universitetində davam etdirib. 1999-2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetinin rezidenturasında oxuyub. Həmin ölkədə müdafiə edərək 2003-cü ildə tibb elmləri namizədi, 2008-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.

1news.az

Paylaş:
887

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər