«Aztelekom»un kabellərini oğurlayan şəxs tutuldu
Masallı rayonunun Kosakül kəndində “Aztelekom” İB-nə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 370 metrlik hissəsi kəsilərək oğurlanıb.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Masallı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-nə keçən gecə Əhmədli kəndində “Aztelekom” İB-nə məxsus rabitə kabelinin 190 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.
1news.az
793