Alibaba “South China Morning Post”qəzetini 266 milyon dollara alacaq
Çinin nəhəng internet şirkəti olan AlibabaHonq Konqun qədim ingilisdilli qəzeti olan “South China Morning Post”u almaq üçün 266 milyon dollar ödəyəcək.
Bu haqda 1news.az “РИА Новости”-yə istinadla xəbər verir.
Müqaviləyə əsasən, internet-nəhəngin ixtiyarına eyni zamanda “SCMP Group Ltd” media qrupununaçıq reklam, jurnal və internet-ehtiyatları da keçəcək.
Alibaba-nın icraçı vitse-sədri Co Çay (Joe Tsai) daha əvvəl bildirmişdi ki, sövdələşmənin məqsədi rəqəmsal distibutorluğun və kontentə asan çıxışın köməyilə dünya üzrə SCMP-in oxucu auditoriyasının sayını artırmaqdır.
“SCMP Group Ltd” media şirkətinin əsası 1903-cü ildə Honq Konqda qoyulub.
Elektron ticarətdə ixtisaslaşan Çinin nəhəng internet şirkəti olan Alibaba Cek Ma tərəfindən 1999-cu ildə yaradılıb. Onun istifadəçilərinəfərdi funksiyaları birləşdirən eBay, Amazon və PayPal-un xidmətləri daxildir.
1news.az