Müdafiə Nazirliyi ermənilərin pilotsuz uçan aparatımızı «vurması» xəbərinə münasibət bildirdi | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi ermənilərin pilotsuz uçan aparatımızı «vurması» xəbərinə münasibət bildirdi

11:30 - 14 / 12 / 2015
Müdafiə Nazirliyi ermənilərin pilotsuz uçan aparatımızı «vurması» xəbərinə münasibət bildirdi

Müdafiə Nazirliyi Ermənistanın mətbuatının guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yaydığı xəbərə münasibət bildirib.

1news.az-ın məlumatına görə, nazirlik bunu Ermənistan tərəfinin növbətu uydurması olduğunu bildirib.

“Bu xəbər sadəcə cəfəngiyat və uydurma olduğundan onu şərh etməmək, cavabsız qoymaq da olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta “uçan tank” vurub bu yalanı da öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq.

Əslində erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meylli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb. Jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar.

Azərbaycana məxsus və silahlanmada olan bütün uçan aparatlar (PUA) sıradadır və düşmənin hərəkətlərini nəzarətdə saxlayır. Onlar döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərti ilə planauyğun, düşmən mövqeləri üzərində əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə fəaliyyət göstərir”- deyə, Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir.

1news.az

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər