Azercell-dən növbəti yenilik | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-dən növbəti yenilik

15:30 - 15 / 12 / 2015
Azercell-dən növbəti yenilik

Fəaliyyətinin 19-cu ildönümünü qeyd edən ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməsi istiqamətində növbəti yenilik tətbiq edib.

1news.az-ın verdiyi xəbərə görə, şirkət ötən həftə keçirilmiş “BakuTel-2015” beynəlxalq sərgisindəki stendində təqdim edilən və ziyarətçilərin marağına səbəb olan tam yeni konsepsiyalı ilk Azercell Ekspres ofisini abunəçilərinin ixtiyarına buraxdı.

Yeni AzEks ofislərində abunəçilərin özlərini daha rahat və sərbəst hiss etməsi üçün hər cür şərait yaradılıb. İstər dizaynda istifadə olunan yeni yanaşma, istərsə də,  mobil telekoma aid yeniliklərlə detallı tanışlıq üçün açıq sahələrə yerləşdirlən cihazlar müştərilərin rahatlığına yönəlib. Qeyd edilən cihazlar və telefon aksessuarlarından müştərilərimiz yerində test edərək öz seçimlərini edə biləcəklər.

Eyni zamanda, həmişə olduğu kimi müştərilərin tam rahatlığı üçün bütün mobil cihazların seçimində tam bələdçilik birbaşa Azercell-in peşəkar əməkdaşları tərəfindən təqdim ediləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni konsepsiyalı ilk AzEks ofisi dekabrin 14-dəт Bakı şəhəri, 28 may küçəsi 33 ünvanında abunəçilər üçün açıqdır.

Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bir nöqtədə üç xidmət konsepsiyasını təqdim edən ilk şirkət olmuşdu.

Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hal-hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də Azercell şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu yeni konsepsiyalı Ekspres ofislərinin sayını artırmaqda davam edəcək.

1news.az

Paylaş:
657

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər